Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda 02 iyul – Azərbaycan Polisi gününün qeyd olunması ilə əlaqədar yığıncaq keçirilib

02 iyul 2024 | 16:10

     Ağsu rayon Polis Şöbəsində 02 iyul – Azərbaycan Polisi gününün qeyd olunması ilə əlaqədar yığıncaq keçirilib. Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və polis əməkdaşları iştirak ediblər.

     Öncə tədbir iştirakçıları Ağsu şəhərində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Sonra rayon Polis Şöbəsinin yeni əsaslı təmir edilmiş inzibati binasının açılışı olub.

     Yığıncaqda rayon Polis Şöbəsinin rəisi Oruc Əmiraslanov şəxsi heyəti peşə bayramı günü münasibətilə təbrik edib. O.Əmiraslanov Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdən başlayaraq Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanlarının dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayaraq inkişaf etdiyini, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazandığını bildirib. O, qeyd edib ki, bu gün də dövlət başçımız cənab İlham Əliyevin həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün hər cür şərait yaradılıb.

     Sonra Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun 2 iyul - Azərbaycan Polisi Günü münasibətilə daxili işlər orqanlarının şəxsi heyətinə və veteranlarına ünvanlanmış təbrik məktubu səsləndirilib.

     Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək polis əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik edib, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə doğma Vətənin daimi tərəqqisi, daha da qüdrətlənməsi naminə xalqa şərəfli xidmətlərində onlara yeni-yeni uğurlar arzulayıb. RİH başçısı xalqımızın milli maraq və mənafelərinin, sabitliyin və əmin-amanlığın qorunmasında danılmaz rolu olan polis orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətlərindən danşıb, həmçinin vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcəyinə əminliyini bildirərək ölkəmizin davamlı və dayanıqlı inkişafından söz açıb.

     Sonra bir qrup polis əməkdaşı Ağsu Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar. Həmçinin, uzun illər daxili işlər orqanlarında çalışmış bir qrup veteran polis əməkdaşlarına qiymətli hədiyələr verilib

Keçidlər