Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Xəlilli və Ərəbmehdibəy kəndlərinin sakinləri üçün səyyar qəbullar keçirib

12 oktyabr 2023 | 18:58

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov 11 oktyabr 2023-cü ildə hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Xəlilli və Ərəbmehdibəy kəndlərinin sakinləri üçün səyyar qəbullar keçirib.
     Səyyar qəbullarda vətəndaşlar tərəfindən Xəlilli və Ərəbmehdibəy kəndlərində elektrik, təbii qaz, rabitə və internet xidmətlərinin, içməli və suvarma suyu ilə təchizatın yaxşılaşdırılması, giriş avtomobil yollarının, eləcə də kənd qəbiristanlığının yolunun təmiri, Ərəbmehdibəy kəndində uşaq bağçası, Xəlilli kəndində isə tibb məntəqəsi üçün binaların tikintisi, zəlzələdən ziyan çəkmiş fərdi yaşayış evinin təmiri, pay torpaq sahəsinin sənədləşdirilməsi, işlə təminat, ünvanlı dövlət sosial yardımının verilməsi, maddi yardım edilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər