Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Təklə kəndində səyyar qəbul keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Təklə kəndində səyyar qəbul keçirib.
Səyyar qəbulda vətəndaşlar tərəfindən Təklə kəndinin elektrik, içməli su təchizatının, telefon və internet xidmətlərinin yaxşılaşdırılması, bir sıra sakinlərin işlə təminatı, maddi yardım olunması, kəndin giriş avtomobil yolunun əsaslı təmiri, zəlzələdən ziyan çəkmiş fərdi yaşayış evinin təmiri ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.