Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələri, Vətən müharibəsi qaziləri və iştirakçıları ilə görüş keçirib

06 noyabr 2023 | 19:33

       06 noyabr 2023-cü il tarixdə Ağsu Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, iştirakçıları rayon icra hakimiyyətinin rəhbərliyi və məsul şəxsləri iştirak ediblər.

        Tədbirin əvvəlində Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

      Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən danışıb, şəhidlərimizin, qazilərin qəhrəmanlıqlarından söz açıb, ərazi bütövlüyümüz uğrunda canlarından keçən igid oğulların əziz xatirələrinin heç bir zaman unudulmayacağını vurğulayıb.

        Görüş zamanı RİH başçısı şəhid ailələri, Vətən müharibəsi qaziləri və iştirakçılarını narahat edən məsələlər və problemlər ilə yaxından maraqlanıb, onların həlli istiqamətində aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verib.

        Şəhid ailələri, Vətən müharibəsi qaziləri və iştirakçıları görüşdən razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevə və Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər