Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Sanqalan və Nuran kəndlərində sakinlər üçün səyyar qəbullar keçirib

04 avqust 2023 | 11:02

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Sanqalan və Nuran kəndlərində sakinlər üçün səyyar qəbullar keçirib.
     Səyyar qəbullarda vətəndaşlar tərəfindən Sanqalan və Nuran kəndlərində elektrik, rabitə və internet xidmətlərinin, təbii qaz, içməli su ilə təchizatının yaxşılaşdırılması, giriş avtomobil yollarının asfaltlaşdırılması, məktəb binasının təmiri, zəlzələdən ziyan çəkmiş fərdi yaşayış evinin təmiri, işlə təminat və ünvanlı dövlət sosial yardımının verilməsi, maddi yardım edilməsi, taxıl biçini ilə əlaqədar kombaynların təşkil edilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər