Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov vətəndaş qəbulları keçirib
Ağsu Rayon İcra Hakimiyyətində vətəndaş qəbulları keçirilib. Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və bir qrup rayon sakinlərini fərdi qayda da qəbul edərək onları narahat edən məsələlərlə yaxından tanış olub, həmin vətəndaşların müraciət və təkliflərini dinləyib.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, bəzi müraciətlərlə bağlı müvafiq izahat verilib, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb. Rayon sakinlərinin nəzarətə götürülmüş müraciətlərinin qısa müddətdə ətraflı araşdırılaraq zəruri tədbirlər görülməsi üçün qəbulda iştirak edən məsul vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.
Qəbulda iştirak etmiş vətəndaşlar müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.