Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə şəhid ailələri ilə görüşüb

29 dekabr 2022 | 15:00

     31 dekabr- Dünya Azərbaycanlıların Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə Ağsu rayonu ərazisində yaşayan bir neçə Vətən müharibəsi şəhid ailələri rayon icra Hakimiyyətinin başçısı Rövşən Bağırov, SHXÇDX-nin Ağsu rayon şöbəsinin rəisi Famil Əliyev və RİH başçısı Aparatının məsul əməkdaşları tərəfindən ziyarət olunub, onlara bayram sovqatları çatdırılıb.

     Həmçinin RİH başçısı R.Bağırov şəhid Səmədov Hüseyn Müşviq oğlu və şəhid Quliyev Vüqar Fizuli oğlunun ailələrinə “3-cü dərəcəli Vətənə xidmətə görə” ordenlərini də təqdim etmişdir.

     Vətən müharibəsi şəhidlərin ailələri Ağsu rayonunda şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına daim həssaslıqla yanaşıldığını, yüksək diqqət və qayğı göstərildiyini bildirmişlər.

     Ziyarət zamanı şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər