Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rəhimli kəndində səyyar qəbul keçirib

20 aprel 2022 | 15:54

  Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 20 aprel 2022-ci il tarixdə Rəhimli kəndində növbəti səyyar qəbul keçirib.
  Qəbulda vətəndaşlar tərəfindən Rəhimli kəndində uşaq bağçasının açılması, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Şahbəyli kəndində modul tipli sutəmizləyici qurğunun quraşdırılması, Rəhimli kəndində subartezian quyusunun qazılması, "Ağsuçay" çayının Qaradağ kəndi ərazisindən keçən hissəsində sahilbərkitmə işlərinin aparılması, işlə təminatla bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
  Vətəndaşların müracətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər