Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Qəşəd kəndində növbəti səyyar qəbul keçirib

11 may 2022 | 15:57

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 11 may 2022-ci il tarixdə Qəşəd kəndində növbəti səyyar qəbul keçirib.
     Qəbulda vətəndaşlar tərəfindən əkin sahələrinin suvarma suyu ilə təminatının, eləcə də Qəşəd kəndində elektrik təchizatının yaxşılaşdırılması, mal-qaranın su ilə təmin olunmasını yaxşılaşdırmaq üçün kəndə verilən suyun miqdarının artırılması, kəndin giriş və daxili yollarının təmiri, işlə təminat ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müracətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər