Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Qasımbəyli və Mustafalı kəndlərində səyyar qəbullar keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Qasımbəyli və Mustafalı kəndlərində səyyar qəbullar keçirib.
Səyyar qəbullarda vətəndaşlar tərəfindən kəndlərdə elektrik, rabitə və internet xidmətləri, təbii qaz, suvarma və içməli su ilə təchizatının yaxşılaşdırılması, kənd yollarının təmiri, məktəb binalarının tikintisi, zəlzələdən ziyan çəkmiş fərdi yaşayış evinin bərpası, Girdiman çayında sahilbərkitmə işlərinin aparılması, bir sıra sakinlərin işlə təminatı, maddi kömək olunması və ünvanlı dövlət sosial yardımının verilməsi, kənddə tibb məntəqəsinin tikintisi, taxıl biçini ilə əlaqədar kombaynların təşkil edilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.