Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Qaravəlli və Göydəlləkli kəndlərinin sakinləri üçün səyyar qəbullar keçirib

26 oktyabr 2023 | 17:04

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov 26 oktyabr 2023-cü ildə hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Qaravəlli və Göydəlləkli kəndlərinin sakinləri üçün səyyar qəbullar keçirib.
     Səyyar qəbullarda vətəndaşlar tərəfindən Qaravəlli və Göydəlləkli kəndlərində elektrik, təbii qaz, rabitə və internet xidmətlərinin, içməli və suvarma suyu ilə təchizatın yaxşılaşdırılması, əkin üçün torpaq sahəsinin verilməsi, işlə təminat, ünvanlı dövlət sosial yardımının verilməsi, maddi yardım edilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər