Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Qarabağlı kəndində səyyar qəbul keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Qarabağlı kəndində səyyar qəbul keçirib.
Səyyar qəbulda vətəndaşlar tərəfindən Qarabağlı kəndinin elektrik, rabitə və internet xidmətləri, təbii qaz, suvarma suyu ilə təchizatının yaxşılaşdırılması, bir sıra sakinlərin işlə təminatı, maddi kömək olunması və ünvanlı dövlət sosial yardımının verilməsi, məktəbin qarşısından keçən yolun üzərində piyada zolaqlarının çəkilməsi, məktəbinin kənarının hasarlanması, kənddə tibb məntəqəsinin tikintisi, taxıl biçini ilə əlaqədar kəndə kombaynların təşkil edilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.