Ağsu Rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbulunu Ərəbuşağı kəndində keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov 13 aprel 2022-ci il tarixdə hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Ərəbuşağı kəndində vətəndaşları qəbul edib.
Səyyar qəbulda vətəndaşlar tərəfindən Ərəbuşağı kəndinin 5 km üzunluqlu giriş yolunun təmiri, ərazi dairəsinə aid olan kəndlərdə əkin sahələrinin su ilə təminatının yaxşılaşdırılması üçün yeni subartezian quyusunun qazılması, eləcə də mövcud quyuların təmiri, həmin kəndlərin əlaqələndirilməsi üçün "Ağsuçay" çayı üzərində piyada körpüsünün tikilməsi, müalicə ilə bağlı yardım edilməsi, zəlzələdən ziyan çəkmiş fərdi yaşayış evinin bərpasına köməklik göstərilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müracətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.