Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ləngəbiz kəndində səyyar qəbul keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 06 may 2022-ci il tarixdə Ləngəbiz kəndində növbəti səyyar qəbul keçirib.
Qəbulda vətəndaşlar tərəfindən Ləngəbiz kəndinin içməli su və təbii qaz təchizatının daha da yaxşılaşdırılması, kəndin elektrik təsərrüfatının yenidən qurulması, maddi yardım olunması ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müracətlərinin əksəriyyəti yerində həll edilib, bir sıra müraciətlərin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.