Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Kəndoba kəndində növbəti səyyar qəbul keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 06 aprel 2022-ci il tarixdə Kəndoba kəndində növbəti səyyar qəbul keçirib.
Qəbulda vətəndaşlar tərəfindən Kəndoba kənd tam orta məktəbinin binasının əsaslı təmiri, əkin sahələrinin suvarma suyu ilə təminatının, eləcə də ərazi dairəsinə daxil olan kəndlərdə elektrik təchizatının yaxşılaşdırılması, Abasxanlı kəndində modul tipli sutəmizləyici qurğunun quraşdırılması, kənd tibb məntəqəsinin ixtisaslı həkim kadrlarla təmin olunması, telefon rabitəsi və internetlə təminat ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müracətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.