Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Dilman və Xatman kəndlərinin sakinləri üçün səyyar qəbullar keçirib

12 avqust 2023 | 11:15

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Dilman və Xatman kəndlərinin sakinləri üçün səyyar qəbullar keçirib.
     Səyyar qəbullarda vətəndaşlar tərəfindən Dilman və Xatman kəndlərində elektrik, rabitə və internet xidmətlərinin, içməli su ilə təchizatının yaxşılaşdırılması, Dilman kəndinin ərazisindən Xatman kəndinə gedən qısa torpaq yolun təmiri, Dilman kəndinin bəzi küçələrində yolların asfaltlaşdırılması, zəlzələdən ziyan çəkmiş fərdi yaşayış evinin təmiri, işlə təminat və ünvanlı dövlət sosial yardımının verilməsi, maddi yardım edilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər