Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Çaparlı və Keşdiməz kəndlərinin sakinləri üçün səyyar qəbullar keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov 15 noyabr 2023-cü ildə hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Çaparlı və Keşdiməz kəndlərinin sakinləri üçün səyyar qəbullar keçirib.
Səyyar qəbullarda vətəndaşlar tərəfindən Çaparlı və Keşdiməz kəndlərində elektrik, təbii qaz, rabitə və internet xidmətlərinin, içməli və suvarma suyu ilə təchizatın yaxşılaşdırılması, Keşdiməz kəndinin giriş avtomobil yolunun asfatlaşdırılması, işlə təminat, ünvanlı dövlət sosial yardımının verilməsi, maddi yardım edilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.