Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Bozavand kəndində növbəti səyyar qəbul keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 27 aprel 2022-ci il tarixdə Bozavand kəndində növbəti səyyar qəbul keçirib.
Qəbulda vətəndaşlar tərəfindən əkin sahələrinin suvarma suyu ilə təminatının, eləcə də ərazi dairəsinə daxil olan kəndlərdə elektrik təchizatının yaxşılaşdırılması, Bozavand kəndində subartezan quyusunun, mal-qaranın su ilə təmin olunmasını yaxşılaşdırmaq üçün sututarının qazılması, vətəndaşa taxıl əkini məqsədi ilə əlavə torpaq sahəsinin ayrılması, telefon rabitəsi və internetlə təminat ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müracətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.