Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Bico kəndində səyyar qəbul keçirib

29 mart 2023 | 22:52

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Bico kəndində səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən Ağsu-Çaparlı-Bağırlı avtomobil yolunun təmiri, kəndin elektrik, internet, suvarma və içməli su təchizatının yaxşılaşdırılması, işlə təminat, maddi yardım, kəndə verilən təbii qazın təzyiqinin artırılması, əkin sahələrində ziyanvericilərin zərərsizləşdirilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər