Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 30 noyabr 2022-ci il tarixdə Keşdiməz kəndində növbəti səyyar qəbul keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 30 noyabr 2022-ci il tarixdə Keşdiməz kəndində növbəti səyyar qəbul keçirib.
Səyyar qəbulda vətəndaşlar tərəfindən Keşdiməz kəndində telefon və internet xidmətlərinin, eləcə də içməli su ilə təchizatının yaxşılaşdırılması, kəndin elektrik təsərrüfatının yenidən qurulması, kəndə verilən təbii qazın təzyiqinin artırılması, kəndin giriş avtomobil yolunun əsaslı təmiri edilməsi, kənd təsərrüfatı ilə məşğul olmaq üçün vətəndaşa torpaq sahəsinin ayrılması, maddi yardım edilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müracətlərinin bir qismi yerində həll edilib, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.