Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 29 iyun 2022-ci il tarixdə Pirhəsənli kəndində növbəti səyyar qəbul keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 29 iyun 2022-ci il tarixdə Pirhəsənli kəndində növbəti səyyar qəbul keçirib.
Qəbulda vətəndaşlar tərəfindən Qaraqaşlı kəndində yeni tikilmiş fərdi yaşayış evlərinə gedən kənd daxili avtomobil yolunun asfatlaşdırılması, elektrik təchizatının yaxşılaşdırılması, işlə təminat, suvarma arxlarının bərpası, subartezian quyusunun və zəlzələdən ziyan çəkmiş fərdi yaşayış evinin təmiri ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müracətlərin bir qismi yerində həll olunub. Bəzi müraciətlər nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.