Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 28 yanvar 2023-cü il tarixdə Növcü kəndində növbəti səyyar qəbul keçirib

31 yanvar 2023 | 16:10

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 28 yanvar 2023-cü il tarixdə Növcü kəndində növbəti səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən Axundlu kəndinin telefon və internetlə təmin olunması, Növcü kəndinin telefon və internet xidmətlərinin yaxşılaşdırılması, Növcü kənd uşaq bağçasının açılışı, işlə təminat, əkin sahəsinə gedən yolun üzərindəki suvarma arxına su borusunun yerləşdirilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
    Vətəndaşların müraciətlərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər