Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 28 yanvar 2023-cü il tarixdə Bəyimli kənd sakinləri üçün növbəti səyyar qəbul keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 28 yanvar 2023-cü il tarixdə Bəyimli kənd sakinləri üçün növbəti səyyar qəbul keçirib.
Səyyar qəbulda vətəndaşlar tərəfindən Bəyimli kəndinin telefon və internetlə təmin olunması, elektrik enerjisi və içməli su təchizatının yaxşılaşdırlması, işlə təminat, zəlzələdən ziyan çəkmiş fərdi yaşayış evinin bərpası ilə bağlı xahiş və təkliflər, eləcə də keçən il keçirilmiş səyyar qəbulda qaldırılmış məsələlərin həll olunmasına görə minnətdarlıqlar səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.