Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 28 sentyabr 2022-ci il tarixdə İlxıçı kəndində səyyar qəbul keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 28 sentyabr 2022-ci il tarixdə İlxıçı kəndində növbəti səyyar qəbul keçirib.
Səyyar qəbulda vətəndaşlar tərəfindən İlxıçı kəndində elektrik təsərrüfatının yenidən qurulması, İlxıçı kənd tam orta məktəbi üçün yeni binanın tikintisi, fərdi yaşayış evləri ilə təminat, Hacısəmədli kəndinin internet şəbəkəsinə qoşulması, əkin pay torpaqının zəbt olunması ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müracətlərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.