Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 28 sentyabr 2022-ci il tarixdə Göydəlləkli kəndində səyyar qəbul keçirib

28 sentyabr 2022 | 09:21

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 28 sentyabr 2022-ci il tarixdə Göydəlləkli kəndində növbəti səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən Göydəlləkli kəndində elektrik təsərrüfatının yenidən qurulması, kəndin giriş avtomobil yolunun asfaltlaşdırılması, əkin üçün ayrılmış pay torpaqlarından yabanı ağacların və kolluqların təmizlənməsi, zəlzələdən ziyan çəkmiş fərdi yaşayış evinin təmiri, içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müracətlərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər