Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 27 iyul 2023-cü il tarixdə Hacıman və Suraxanı kəndlərində sakinlər üçün səyyar qəbullar keçirib

29 iyul 2023 | 12:48

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov 27 iyul 2023-cü il tarixdə hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Hacıman və Suraxanı kəndlərində sakinlər üçün səyyar qəbullar keçirib.
     Səyyar qəbullarda vətəndaşlar tərəfindən Hacıman və Suraxanı kəndlərində elektrik, rabitə və internet xidmətlərinin, təbii qaz, içməli su ilə təchizatının yaxşılaşdırılması, məktəb binasının təmiri, şagirdlərin məktəbə gediş-gəlişi üçün nəqliyyat vasitəsi verilməsini, işlə təminat və ünvanlı dövlət sosial yardımının verilməsi, maddi yardım edilməsi, taxıl biçini ilə əlaqədar kombaynların təşkil edilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər