Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 27 iyul 2022-ci il tarixdə Daşdəmirbəyli kəndində səyyar qəbul keçirib

27 iyul 2022 | 09:59

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 27 iyul 2022-ci il tarixdə Daşdəmirbəyli kəndində növbəti səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən Daşdəmirbəyli kəndində elektrik təsərrüfatının yenidən qurulması, kəndin giriş avtomobil yolunun asfaltlaşdırılması, Daşdəmirbəyli kənd tam orta məktəbi üçün yeni binanın tikintisi, şəhid adının əbədiləşdirilməsi, meliorasiya arxlarının lildən təmizlənməsi, işlə təminat ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müracətlərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər