Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 26 oktyabr 2022-ci il tarixdə Gəgəli kəndində növbəti səyyar qəbul keçirib

27 oktyabr 2022 | 15:43

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 26 oktyabr 2022-ci il tarixdə Gəgəli kəndində növbəti səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən Gəgəli kəndinin giriş avtomobil yolunun təmiri, tibb məntəqəsi üçün yeni binanın tikintisi, kəndin telefon və internetlə tam təmin olunması, hazırda verilən internetin surətinin artırılması, vətəndaşın əkin sahəsi üçün suvarma arxının çəkilməsi, şəhid ailəsinə fərdi yaşayış evinin tikilməsi, köhnəlmiş elektrik dayaqlarının yenisi ilə əvəz olunması ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müracətlərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər