Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 25 yanvar 2024-cü il tarixdə Çiyni kəndində səyyar qəbul keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 25 yanvar 2024-cü il tarixdə Çiyni kəndində səyyar qəbul keçirib.
Səyyar qəbulda vətəndaşlar tərəfindən telefon və internet xidmətlərinin, elektrik, təbii qaz ilə təchizatın yaxşılaşdırılması, kəndin bir hissəsindəki yeni salınmış küçənin qum-çınqıl materialları ilə üzlənməsi, suvarma arxlarının qazılması və lildən təmizlənməsi, bir sıra sakinlərin işlə təminatı, maddi yardım edilməsi, ünvanlı dövlət sosial yardımının verilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.