Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 25 sentyabr 2023-cü il tarixdə Ülgüc kənd sakinləri üçün səyyar qəbul keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 25 sentyabr 2023-cü il tarixdə Ülgüc kənd sakinləri üçün səyyar qəbul keçirib. Qəbulda rayonun Qaraməmmədli və Navahı kəndlərindən olan sakinlər də iştirak ediblər.
Səyyar qəbulda vətəndaşlar tərəfindən kəndlərin elektrik, rabitə və internet xidmətləri, təbii qaz, suvarma və içməli su ilə təchizatının yaxşılaşdırılması, avtomobil yollarının asfaltlaşdırılması, piyadalar üçün dayanacaqların qurulması və səkilərin təmiri, eləcə də ərazilərdə abadlıq işlərinin görülməsi, bir sıra sakinlərin işlə təminatı, ünvanlı dövlət sosial yardımının verilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb. Eynu zamanda sakinlər sözügedən kəndlərdə keçən il keçirilmiş səyyar qəbullarda qaldırılmış məsələlərin həll edilməsinə görə razılıq və təşəkkürlərini bildiriblər.
Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.