Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 24 noyabr 2022-ci il tarixdə Kalva kəndində növbəti səyyar qəbul keçirib

24 noyabr 2022 | 10:39

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 24 noyabr 2022-ci il tarixdə Kalva kəndində növbəti səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən Kalva kəndində telefon və internet xidmətlərinin, həmçinin əkin sahələrində ziyanvericilərə qarşı mübarizə tədbirlərinin yaxşılaşdırılması, zəlzələdən ziyan çəkmiş fərdi yaşayış evlərinin bərpası, kəndin elektrik təsərrüfatının yenidən qurulması, həyətyanı torpaq sahəsi, eləcə də imtiyazlı fərdi yaşayış evinin tikilməsi, işlə təminatla bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müracətlərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər