Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 23 noyabr 2022-ci il tarixdə Çaparlı kəndində növbəti səyyar qəbul keçirib

23 noyabr 2022 | 18:07

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 23 noyabr 2022-ci il tarixdə Çaparlı kəndində növbəti səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən Çaparlı kəndində telefon və internet xidmətlərinin, eləcə də içməli su təchizatının yaxşılaşdırılması, örüş sahəsinə gedən yolda suvarma arxı üzərindəki körpünün bərpası, kəndin elektrik təsərrüfatının yenidən qurulması, əkin sahələrinə gedən su arxlarının lildən təmizlənməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müracətlərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər