Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 22 noyabr 2023-cü il tarixdə Maşadqanlı kənd sakinləri üçün səyyar qəbul keçirib

23 noyabr 2023 | 17:08

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 22 noyabr 2023-cü il tarixdə Maşadqanlı kənd sakinləri üçün səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən elektrik, rabitə və internet xidmətləri, təbii qaz, suvarma və içməli su ilə təchizatının yaxşılaşdırılması, suvarma kanalının lildən təmizlənməsi işlərinin aparılması, zəlzələdən ziyan çəkmiş fərdi yaşayış evinin təmiri, maddi yardım edilməsi, bir sıra sakinlərin işlə təminatı və ünvanlı dövlət sosial yardımının verilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər