Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 22 iyun 2022-ci il tarixdə Padar kəndində səyyar qəbul keçirib

22 iyun 2022 | 16:16

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 22 iyun 2022-ci il tarixdə Padar kəndində növbəti səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən Padar kəndinin giriş avtomobil yolunun əsaslı təmiri, içməli su təchizatının yaxşılaşdırılması, kəndin internet olmayan bir hissəsinin internet xəttinə qoşulması, kənddə uşaq bağçasının tikintisi, elektrik təsərrüfatının yenidən qurulması, Girdiman çay yatağının kənarlarına sel təhlükəsizliyi məqsədilə vaxtilə mövcud olmuş, hazırda yararsız vəziyyətə düşmüş beton bəndlərin bərpasına köməklik göstərilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müracətlərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər