Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 22 fevral 2023-cü il tarixdə Ləngəbiz kəndində növbəti səyyar qəbul keçirib

23 fevral 2023 | 17:16

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 22 fevral 2023-cü il tarixdə Ləngəbiz kəndində növbəti səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən kəndə gedən avtomobil yollarının təmiri, kəndin elektrik, rabitə və internet xidmətinin, suvarma və içməli su təchizatının yaxşılaşdırılması, işlə təminat, maddi yardım, kəndə verilən təbii qazın təzyiqinin artırılması, əkin sahələrində ziyanvericilərin zərərsizləşdirilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər