Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 22 dekabr 2022-ci il tarixdə Ağsu şəhərində növbəti səyyar qəbul keçirib

24 dekabr 2022 | 11:48

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 22 dekabr 2022-ci il tarixdə Ağsu şəhərində növbəti səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən Ağsu şəhərinin bir neçə təmirə ehtiyacı olan küçələrinin asfaltlaşdırılması, şəhər daxilindən keçən suvarma kanalının təmiri, zəlzələdən ziyan çəkmiş bir neçə fərdi yaşayış evinin təmir edilməsi, işlə təminat ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müracətlərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər