Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 21 dekabr 2022-ci il tarixdə Musabəyli kəndində növbəti səyyar qəbul keçirib

23 dekabr 2022 | 11:53

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 21 dekabr 2022-ci il tarixdə Musabəyli kəndində növbəti səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən Musabəyli kəndinin giriş avtomobil yolunun əsaslı təmiri, kəndin telefon və internetlə tam təmin olunması, həyətyanı sahələrin suvarılması məqsədi ilə mövcud subartezian quyusunun təmiri və yeni subartezian quyusunun qazılması, köhnəlmiş elektrik dayaqlarının, transformator yarımstansiyalarının yenisi ilə əvəz olunması, yay aylarında Şirvan kanalının Maşın qoluna su nasosunun quraşdırılması ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müracətlərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər