Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 20 dekabr 2023-cü il tarixdə Rəhimli kəndində səyyar qəbul keçirib

21 dekabr 2023 | 16:39

      Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 20 dekabr 2023-cü il tarixdə Rəhimli kəndində səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən elektrik, təbii qaz ilə təchizatın yaxşılaşdırılması, subartezian quyusunun qazılması, suvarma arxının lildən təmizlənməsi, bir sıra sakinlərin işlə təminatı, maddi yardım və ünvanlı dövlət sosial yardımının verilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər