Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 19 oktyabr 2022-ci il tarixdə Ülgüc kənd sakinləri üçün səyyar qəbul keçirib

20 oktyabr 2022 | 14:46

      Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 19 oktyabr 2022-ci il tarixdə Ülgüc kənd sakinləri üçün səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən Ülgüc kəndində köhnə elektrik dayaqlarının yenisi ilə əvəz edilməsi, zəlzələdən ziyan çəkmiş fərdi yaşayış evinin təmiri, içməli su təchizatının yaxşılaşdırılması, yeni tikilmiş fərdi yaşayış evlərinə qaz xətlərinin çəkilməsi, internet xidməti ilə təminatla bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müracətlərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər