Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 19 aprel 2023-cü il tarixdə Qaraqoyunlu kəndində səyyar qəbul keçirib

21 aprel 2023 | 16:15

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 19 aprel 2023-cü il tarixdə Qaraqoyunlu kəndində səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən Qaraqoyunlu kəndinin elektrik, içməli su təchizatının, telefon və internet xidmətlərinin yaxşılaşdırılması, bir sıra sakinlərin işlə təminatı, maddi yardım olunması, kəndin giriş avtomobil yolunun əsaslı təmiri, vətəndaşın həyətyanı sahəsinin yaxınlığından keçən təbii qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər