Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 18 may 2023-cü il tarixdə Nəmirli və Gursulu kəndlərinin sakinləri üçün səyyar qəbullar keçirib

19 may 2023 | 18:17

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 18 may 2023-cü il tarixdə Nəmirli və Gursulu kəndlərinin sakinləri üçün səyyar qəbullar keçirib.
    Səyyar qəbullarda vətəndaşlar tərəfindən həmin kəndlərin elektrik, təbii qaz, içməli və suvarma suyu ilə təchizatının, telefon və internet xidmətlərinin yaxşılaşdırılması, bir sıra sakinlərin işlə təminatı, onlara ünvanlı dövlət sosial yardımının verilməsi, kəndlərin giriş və daxili avtomobil yollarının asfaltlaşdırılması ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
    Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər