Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 18 may 2022-ci il tarixdə Bico kəndində səyyar qəbul keçirib

18 may 2022 | 16:38

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 18 may 2022-ci il tarixdə Bico kəndində növbəti səyyar qəbul keçirib.
     Qəbulda vətəndaşlar tərəfindən Bico kəndinə verilən içməli suyun bölüşdürülməsinin tənzimlənməsi, kəndin elektrik təsərrüfatının yenidən qurulması, əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması, kəndin giriş avtomobil yolunun təmiri, yeni fərdi yaşayış evinin tikintisinə və zəlzələdən ziyan çəkmiş fərdi yaşayış evinin təmirinə kömək göstərilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
    Vətəndaşların müracətlərinin əksəriyyəti yerində həll edilib, bir sıra müraciətlərin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər