Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 17 yanvar 2024-cü il tarixdə Muradlı kəndində səyyar qəbul keçirib

18 yanvar 2024 | 18:23

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 17 yanvar 2024-cü il tarixdə Muradlı kəndində səyyar qəbul keçirib.
    Səyyar qəbulda vətəndaşlar tərəfindən telefon və internet xidmətlərinin, elektrik, təbii qaz ilə təchizatın yaxşılaşdırılması, Ağsu-Kürdəmir avtomobil yolunun Muradlı kəndi ərazisindən keçən hissəsinə sürət həddinin tənzimlənməsi üçün radarların quraşdırılması, bir sıra sakinlərin işlə təminatı, əkin məqsədilə torpaq sahəsinin ayrılması, ünvanlı dövlət sosial yardımının verilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər