Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 16 iyun 2022-ci il tarixdə Nuran kəndində növbəti səyyar qəbul keçirib

16 iyun 2022 | 11:07

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 16 iyun 2022-ci il tarixdə Nuran kəndində növbəti səyyar qəbul keçirib.
     Qəbulda vətəndaşlar tərəfindən Nuran kənd inzibati ərazi dairəsinə daxil olan kəndlərin avtomobil yollarının asfaltlaşdırılması, kəndlərin içməli su və elektrik təchizatının yaxşılaşdırılması, Nuran kənd tam orta məktəbinin binasının əsaslı təmiri, internetlə təminat, zəlzələdən ziyan çəkmiş fərdi yaşayış evinin təmiri ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müracətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər