Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 15 mart 2023-cü il tarixdə Ağsu şəhərində növbəti səyyar qəbul keçirib

16 mart 2023 | 16:19

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 15 mart 2023-cü il tarixdə Ağsu şəhərində növbəti səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən zəlzələdən ziyan çəkmiş fərdi yaşayış evlərinin təmiri və sənədləşdirilməsi, H. Aslanov küçəsində yolun asfaltlaşdırılması, yeni inşa edilmiş fərdi yaşayış evinin içməli su ilə təchizatı, işlə təminat, ünvanlı dövlət sosial yardımının təyin olunması, maddi yardım edilməsi, abadlıq işlərinin görülməsi, A.Nadirov adına 1 saylı məktəb liseydə əlavə korpusun tikintisi, verilən təbii qazın təzyiqinin artırılması ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər