Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 14 sentyabr 2023-cü il tarixdə Padar kəndində səyyar qəbul keçirib

15 sentyabr 2023 | 15:57

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 14 sentyabr 2023-cü il tarixdə Padar kəndində səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən elektrik, rabitə və internet xidmətləri, təbii qaz, suvarma və içməli su ilə təchizatının yaxşılaşdırılması, giriş avtomobil yolunun təmiri, Girdiman çayında sahilbərkitmə işlərinin aparılması, bir sıra sakinlərin işlə təminatı və ünvanlı dövlət sosial yardımının verilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər