Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 14 sentyabr 2022-ci il tarixdə Ağabəyli kəndində səyyar qəbul keçirib

15 sentyabr 2022 | 17:23

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 14 sentyabr 2022-ci il tarixdə Ağabəyli kəndində növbəti səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən Ağabəyli kəndində elektrik təsərrüfatının yenidən qurulması, kəndin daxili avtomobil yollarının təmiri, Ağabəyli kənd tam orta məktəbi və tibb məntəqəsi üçün yeni binaların tikintisi, kəndin internetlə tam təmin olunması, Qiyaslı kəndində sutəmizləyici qurğunun quraşdırılması, suvarma arxlarının lildən təmizlənməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müracətlərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər