Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 14 fevral 2024-cü il tarixdə Padarqışlaq kəndində səyyar qəbul keçirib

15 fevral 2024 | 17:37

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 14 fevral 2024-cü il tarixdə Padarqışlaq kəndində səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən elektrik, təbii qaz ilə təchizatın yaxşılaşdırılması, fərdi yaşayış evi və ya mənzillə təmin olunma, bir sıra sakinlərin işlə təminatı, torpaq məsələləri, Padarqışlaq kəndinin əkin sahələrində ziyanvericilərin zərərsizləşdirilməsi, kəndə gələn su kanalının beton üzlüyünün yarasız vəziyyətə düşməsi, ünvanlı dövlət sosial yardımının verilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər