Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 14 dekabr 2022-ci il tarixdə Qaraqaşlı kənd sakinləri üçün növbəti səyyar qəbul keçirib

16 dekabr 2022 | 11:27

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 14 dekabr 2022-ci il tarixdə Qaraqaşlı kənd sakinləri üçün növbəti səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən Qaraqaşlı kəndində telefon və internet xidmətlərinin müasir tələblər səviyyəsinə çatdırılması, suvarma suyu ilə təchizatın yaxşılaşdırılması məqsədilə yeni subartezian quyusunun qazılması, həmçinin mövcud nasaz subartezian quyusunun təmiri, yeni suvarma arxının qazılması, mövcud arxların lildən təmizlənməsi, kəndin daxili avtomobil yollarının asfaltlaşdırılması, Ağsu-Kürdəmir avtomobil yolunun Qaraqaşlı kəndi əraziindən keçən hissəsində sürət həddinin tənzimlənməsi məqsədilə radar quraşdırılması ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müracətlərinin bir qismi yerində həll edilib, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər