Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 13.12.2023-cü ildə Musabəyli və Məlikçobanlı kəndlərinin sakinləri üçün səyyar qəbullar keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov 13 dekabr 2023-cü ildə hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Musabəyli və Məlikçobanlı kəndlərinin sakinləri üçün səyyar qəbullar keçirib.
Səyyar qəbullarda vətəndaşlar tərəfindən Musabəyli və Məlikçobanlı kəndlərində elektrik, təbii qaz, rabitə və internet xidmətlərinin, içməli və suvarma suyu ilə təchizatın yaxşılaşdırılması, Musabəyli kəndində kənddaxili avtomobil yolunun asfatlaşdırılması, işlə təminat, ünvanlı dövlət sosial yardımının verilməsi, maddi yardım edilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.